Hörmətli oxucularımız.

Bir neçə dəfə vətəndaş şikayəti əsasında Bakı şəhərində yerləşən “Eurohome” tikinti materialları satış bazarında baş verən qanunsuzluqlara, vergidən yayınma hallarının olduğunu əsas gətirərək video çarxlar nümayiş etdirmişik.Həmin satış bazarında mağazalarda işləyən işçilərin əmək müqaviləsinin olmaması, mağazalarda kassa aparatlarının olmaması,pulun kartdan-karta köçürülməsini bildirmişdik.

Şikayətçi yenidən xəbər agentliyimizə müraciət edib və həmin müraciəti olduğu kimi dərc edirik

Vətəndaş İqtisadiyyat nazirinə vurduğu teleqramda belə yazır.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova.Göyçay rayon Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu.Telefon 050_232_66_91

Cənab nazir! Sizdən xahiş edirəm,məni dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli ilə bir yerdə şəxsən qəbul edəsiniz.

Vətəndaş:Mən iqtisadiyyat nazirliyinə gedib dövlət vergi xidmətinin rəisi Orxan Nəzərlinin qəbuluna yazılmışam.Dəfələrlə teleqramlar vurmuşam.Mobil nömrəmə zəng edib dedilər ki, Orxan Nəzərli qəbul etmir,digər əməkdaşlardan birinin qəbuluna yazaq.Mən bu təklifdən imtina etdim və imtinamı əsaslandırdım ki,mən mütləq dövlət vergi xidmətinin rəisi Orxan Nəzərlinin qəbuluna girməliyəm.İndi iqtisadiyyat nazirliyi bunu əllərində rəhbər tutaraq mənə qarşı istifadə edirlər.Bəli,mən imtina etmişəm,ancaq digər əməkdaşlarla görüşməkdən imtina etmişəm.Mən tələb etmişəm ki,məni Orxan Nəzərli mütləq qəbul etsin.Bu gün də həmin fikirdəyəm.Bundan sonra bir neçə istiqamətə məktublar göndərmişəm,ancaq heç bir cavab yoxdur.Cənab prezidentə bir neçə dəfə teleqramlar vurmuşam,hələ ki,heç bir nəticə yoxdur.Dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli vətəndaşı qəbul etməkdən imtina edir.

Prezidentə göndərilən teleqram.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə.Göyçay rayon Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən.050_232_66_91

“Eurohome” sahibi sahibkar Azay Möhnətov dövlət vergi xidmətinin rəisi Orxan Nəzərli ilə birləşərək külli miqdarda vəsaiti vergidən yayındıraraq dövlətə ziyan vururlar.

Belə ki,sahibkar Azay Möhnətovun “Eurohome”tikinti materialları bazarında işləyən mağazalar dövlətə vergi ödəmirlər.Mağazalar kassa aparatları olmadan işləyirlər.Mağazada işləyən işçilərlə əmək müqaviləsi bağlanmır.Pullar kartdan-karta ötürülür.

Azay Möhnətovun “Eurohome”- dan əlavə Bakı və Sumqayıt şəhərlərində də satış mağazaları var.Bunlar “EKSPRESS UCUZLUQ”-“AYZBAKU”-nun 28- də və Sumqayıtda yerləşən filiallarıdır.Bu mağazalarda vergidən külli miqdarda vəsaitlər yayındırılaraq,dövlətə ziyan vururlar.

Bu mağazaların belə qanunsuz işləməsinə şərait yaradan ,dövlət vergi xidmətinin rəisi Orxan Nəzərlidir.Mən dəfələrlə Orxan Nəzərliyə teleqram vuraraq məni qəbul etməsini xahiş etmişəm.Lakin bu müraciətlərim cavabsız qalıb.Əvəzində məni hansısa bir məsləhətçinin qəbuluna yazılmagımı istəyirlər.

Buna əsaslanaraq mən deyirəm ki, Orxan Nəzərlinin,Azay Möhnətovla şəxsi əlaqəsi var.Belə olmasaydı Orxan Nəzərli məni qəbul edib,əlimdə olan sübutları onun şəxsən özünə təqdim etməyimə şərait yaradardı.Odur ki, sizdən xahiş edirəm,məni Orxan Nəzərli ilə birlikdə şəxsən özünüz qəbul edəsiniz.

Orxan Nəzərli Azay Möhnətova vergidən yayınmaq üçün şərait yaradır.Bakıda 2 yerdə “Eurohome”-u vergidən yayındırır.Əlavə 28 may- da,20 yanvarda,Sumqayıtda yerləşən ucuzluq mağazalarına da vergidən yayınmaq üçün yaşıl işıq yandırır.Deyərək şikayətçi bildirir.

Redaksiyadan: Mövzu diqqətimizdədir, araşdırmalarımız davam edir,ardı var.Növbəti sayımızda adı çəkilən digər obyektlərin video çarxlarını təqdim edəcəyik.İzləməyə davam edin.Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Tam versiyaya YouTube üzərindən Şimal Region kanalına abunə olaraq baxa bilərsiniz.