
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Publik Hüquqi şəxsin “Tibb və təbiət elmləri” Fənn Birləşmə Komissiyasının “Tibb bacısı(qardaşı) işi” ixtisasında təhsil alan birinci kurs tələbələri FBK sədri Elşən Həsənovun təşkilatçılığı ilə “İsmayıllı Sağlamlıq Mərkəzi” MMC də ekskursiyada oldular. Mütəmadi təşkil olunan ekskursiyaların məqsədi tələbələrə öz ixtisaslarına daha çox maraq yaratmaq və praktiki biliklərə malik mütəxəsisslər yetişdirməkdir.