Bir neçə gün əvvəl meşələrin inkişafı xidmətinin rəis müavini Cabbar Qəribov və meşələrin inkişafı xidmətinin əməkdaşı Mustafa Əhmədov və 11- saylı regional meşə təsərrüfatı mərkəzinin Daşkənd meşəbəyliyinin meşəbəyisi Haldun Qulamov barədə elektron poçtumuza gələn və yayımladığımız məlumat bir neçə istiqamətdə araşdırılmış və təsdiqini tapmamışdır.

Buna görə də saytımız adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyindən,Məşələrin inkişafı xidmətinin rəisi cənab Ramil Əşrəfovdan, meşələrin inkişafı xidmətinin rəis müavini Cabbar Qəribovdan,Meşələrin inkişafı xidmətinin əməkdaşı Mustafa Əhmədovdan,11-saylı regional meşə təsərrüfatı mərkəzinin direktoru Nəsimi Nəsibovdan, və 11- saylı regional meşə təsərrüfatı mərkəzinin Daşkənd meşəbəyliyinin meşəbəyisi Haldun Qulamovdan üzr istəyirik.

11- saylı regional meşə təsərrüfatı mərkəzinin bütün əraziləri yüksək səviyyədə qorunub mühafizə olunur.Medya qurumlarına müraciət edirik ki, bu istiqamətdə dəqiqləşdirilməmiş məlumatlar dərc edilməsin.