
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın dövlət başçıları Türkiyənin çox böyük önəm verdiyi Antalya Diplomatik Formunda iştirak etmədilər. Macarıstanın baş naziri Viktor Orban istisna olmaqla Avropa İttifaqına üzv ölkələrdən də heç birinin dövlət və hökumət başçısı da Forumda iştirak etmədi. Avropa İttifaqına üzv ölkələrlə yanaşı ABŞ və Böyük Britaniya kimi ölkələrin Forumda yüksək çinli rəsmilərlə təmsil olunmaması, Ərəb dünyasının aparıcı ölkələrinin liderlərinin də Forumda görünməməsi diqqətlərdən qaçmamalıdır.
Forum çərçivəsində Xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən “Yaxın Şərqdə iki dövlətli həll və qalıcı sülh” başlığı altında Qəzza Təmas Qrupu toplantısından sonra Ərəb ölkələrinin bir neçəsinin təmsilçisinin mətbuat konfarnsında iştirak etməmsi ciddi suallar doğurub. Mətbuat konfransında iştirak edəcəyi elan edilən nazirlərin Türkiyə xarici işlər nazirinin ev sahibliyi etdiyi bir tədbirdə iştirakdan nümayişkəranə yayınmaları Forumun fiaskosunun yekunu kimi dəyərləndirilə bilər.
Antalya Diplomatiya Forumu Türkiyənin beynəlxalq münasibətlərdəki yerini və təsirini itirdiyini göstərir. Ankara yanlış xarici siyasətini dəyişməsə, daha da təklənəcək və müttəfiqləri, tərəfdaşları üçün zərərverici olmağa başlayacaq.
Bütün bunları Türkiyəni tənqid etmək üçün deyil, Azərbaycanın gələcəyini düşünməyiniz üçün yazdım. Çünki, Azərbaycan cəmiyyətinin əksəriyyəti vəziyyətin nə yerdə olduğu haqqında doğru məlumata malik deyil.
Xəqani Cəfərli politoloq