
Putinin mövqeyi ABŞ – la Avropanı birləşdirir.
Bəs Kiyevin Parisdəki görüşə qatılması nəyi göstərir?
ABŞ Ukrayna və Rusiya müharibəsi ilə bağlı siyasətini Avropa ilə koordinasiya etməyə başlayır. Bu günə qədər Trampın müharibəni dayandırmaq və atəşkəsə nail olmaq üçün göstərdiyi davamlı təşəbbüs məhz Putinin mövqeyi üzündən nəticəsiz qalmaqdadır.
Rusiya Trampın təkliflərinə ilk mərhələdə razılıq bildirsə də, sonradan atəşkəsin yalnız müharibənin əsas səbəblərini ortadan qaldılması ilə mümkün olacağını bildirdi. Bu bəhanələrlə Putinin heç də sülhdə maraqlı olmadığını göstərdi. Bununla da Səudiyyə Ərəbistanıındakı danışıqlar nəticəsiz qaldı və atəşkəs mümkün olmadı.
Artıq Tramp bütün güzəşt jestlərinə baxmayaraq, Putinlə atəşkəs razılaşmasına nail ola bilməyəcəyini də gördü. Məhz bu üzdən, o, indiyə qədər danışıqlardan kənar tutduğu Avropa ilə koordinasiyanın vacibliyini qəbul etməkdədir. Görünür Vaşinqtonda fərqindədirlər ki, Avropa və ABŞ bu məsələdə əvvəlki tək birgə mövqedən çıxış etmədikcə, bu, Putini öz aqressiyasını davam etdirməyə təhrik edir.
Aprelin 17 – də Parisdə prezident Makaronun iştirakı ilə ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Keyt Kelloq Ukrayna müharibəsinə son qoymaq üçün Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi, Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell, Almaniya kanslerinin diplomatik müşaviri Yens Ploetnerin ilə görüşüb müzakirələr aparııb. Görüşdə həmçinin Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sıbiha və müdafiə naziri Rüstem Umerov da iştirak ediblər.
Bu görüş həm də ona görə əhəmiyyətlidir ki, Avropa və ABŞ- n koordinasiya olunmuş möıvqedən çıxış etməsi, Putinin manevr etmək imkanını xeyli dərəcədə daralda bilər və bundan sonrakı mərhələdə Tramp Rusiyaya münasibətdə Avropanın da mövqeyini daha çox nəzərə almalı olacaq.
Ukraynanın Avropanı təmsil edən ölkələrlə birgə ABŞ nümayəndələri ilə danışıqlarda iştirakı, Kiyevin istəklərinin həm də AB-nin mövqeyi kimi Tramp tərəfindən qəbul edilməsinə zəmin yaradır. Bu isə danışıqlar prosesində öz tələblərini qəbul etdirmək üçün, Ukraynanın əlində məhşur mübahisədə deyilidiyi kimi ən mühüm “kart” hesab oluna bilər.
Fuad Qəhrəmanlı.