
Deputat Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonunda Çernobıl faciəsinin 36-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə deputatın köməkçisi Elçin Cahangirov, Çernobıl əlilləri İttifaqı İctimai Birliyi Goranboy rayon filialının sədri Namiq Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov və rayonda yaşayan Çernobıl əlilləri iştirak edib.
Öncə tədbir iştirakçıları Çernobıl qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Namiq Məmmədov və digər tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.
Sonda Çernobıl əlillərinə deputat tərəfindən göndərilən sovqatlar paylanılıb.