
Məlum olduğu kimi İsmayıllı rayonunda internet kabellərinin və sair lazımı dəyişiklik işlərinin aparılması üçün hələ ötən ilin ortalarından elan verilmişdir.Elanda bildirilirdi ki, əsasən yerli işçilərin əməyi hesabına söküntü işləri aparılacaq və həmin işçilərin əmək haqları ödəniləcək.
Təxminən 10 gün əvvəl məlum oldu ki, nəzərdə tutulmuş işlər artıq başlanılıb və bu işləri , Şamaxı,Ağsu, Qobustan,Qəbələdən gətirilmiş işçilər həyata keçirir.Yalnız İsmayıllı AZTELEKOMUN işçiləri bələdçi kimi bu prosesdə iştirak edir, ancaq hər-hansı məvacib almırlar.
Əvvəla qeyd edək ki, İsmayıllı əhalisi kütləvi şəkildə işsizlikdən əziyyət çəkir və bu proses artıq aclıq səviyyəsinə qalxıb.Yəni rayonda hər-hansı iş yerlərinin açılması sabiq icra hakimiyyəti başçısı mərhum Mirdamət Sadıqovun dövründən sonra qeydə alınmayıb.Hazırkı icra hakimiyyəti başçısı hörmətli Nahid Bağırovun böyük layihəsi olan Koka-Kola zavodunun açılışı yaxın günlərdə nəzərdə tutulur.
Şimal Region kanalı olaraq bildiririk ki, Aztelekom İsmayıllı rayon rəhbərliyi çox zəif mövqe sərgiləməklə, əhali arasında öz nüfuzunu aşağı salır.Yaxşı olardı ki,bu söküntü işlərinin aparılması yerli insanlara həvalə olunardı və nəticədə insanlar evlərinə qazanc apara bilərdilər.Yəqin ki,bu işdə hansısa əlaqədar qurumların maddi maraqları var.Hər-halda bu kimi işlər sadəcə quru çox sağ olla yola qoyulmur.
Redaksiyadan:Məsələ diqqətimizdədir , araşdırmalarımız davam edir.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şimal Region