
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə narkomaniyaya, erkən nikah və kiberdələduzluq hallarına qarşı mübarizə mövzusunda tədbir təşkil olunub.
Çıxış edən Astara RPŞ-nin rəisi polis polkovniki Azər Cəfərov bildirib ki, narkomaniya, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir. Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də aktuallaşır.
Şöbə rəisi görüş çərçivəsində kibertəhlükəsizliklə bağlı görülməli olan ehtiyyat tədbirlərini də sadalayıb, şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı, heç bir halda fərdi və bank kartı məlumatlarını qarşı tərəfə verməmək barədə tövsiyyələrini diqqətə çatdırıb.
Polisə güvən,polisə dəstək ol