
Ukryana prezidenti Volodimir Zelenski 9 May hərbi parada xarici ölkə nümayəndələrinin bu tədbirdə təhlükəsizliyi ilə bağlı məsuliyyətin Ukraynanın üzərində olmadığını bildirib.
“Ukrayna digər ölkələrin nümayəndələrinin 9 May paradı üçün Moskvaya planlaşdırılan səfərləri zamanı onların təhlükəsizliyinə zəmanət verə bilməz. Çünki Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Ukrayna isə Rusiya ərazisində baş verənlərə görə məsuliyyət daşımır”, – deyə Zelenski bəyan edib.