Şəhər ərazisində yaşıllıqların artırılması istiqamətində abadlıq işləri davam etdirilir

Rayon ərazisində yaşıllıqların artırılması məqsədilə müxtəlif növ ağac və gül-çiçək kollarının əkilməsi, yol kənarlarının abadlaşdırılması istiqamətində işlər həyata keçirilir.
06 may 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şəhər Təsərrüfatı Birliyinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində — o cümlədən Heydər Əliyev prospektində, Natəvan küçəsində yerləşən avtomobil yolu dairəsində və Sabir bağı adlanan ərazidə yaşıllaşdırma tədbirləri aparılıb.
Görülən işlər çərçivəsində qeyd olunan ərazilərdə ümumilikdə 642 ədəd müxtəlif növ dekorativ gül və çiçək kolları əkilib. Əkindən öncə ərazilərdə təmizlik və səliqə-səhman işləri görülüb, torpaq örtüyü hazırlanıb, əkin prosesi başa çatdıqdan sonra isə bitkilərin suvarılması təmin olunub.
Qeyd edək ki, Şəhər Təsərrüfatı Birliyi tərəfindən şəhər ərazisindəki mövcud yaşıllıqların qorunması, onların mütəmadi olaraq qulluq və suvarılmasının təmin olunması istiqamətində işlər davamlı nəzarətdə saxlanılır.

Göyçay Rayon İcra Hakimiyyəti