
Azərbaycanda həbsxana dəhşətləri bu qədər detallı təsvir edilməmişdi
Bu məqalə “Abzas Media” və “Toplum TV”nin birgə araşdırması olmaqla “Abzas Media”nın bu mövzuda əvvəlki araşdırmasına bəzi dəqiqləşdirmələr və əlavələrlə daha sistemli bir baxış təqdim edir.
Bakı İstintaq Təcridxanasının fəaliyyətini 7 bölməyə ayıra bilərik:
- Təqsirləndirilən şəxslərin yerləşdiyi koorpuslar.
- İşçi məhkumlar
- Qadağan olunmuş əşyaları yoxlama bölməsi
- Tibb xidməti
- “Karser”-karantin
- İstintaq və vəkillərlə görüş bölməsi
- Ailələrlə görüş bölməsi
Əvvəli illərlə son bir neçə ayı müqayisə etdikdə Bakı İstintaq Təcridxanasında rüşvət almanın miqyası azalıb,lakin hələ də qeyd etdiyimiz 7 bölmənin hər birində bu və ya digər dərəcədə təqsirləndirilən şəxslərdən rüşvət alınır. Obyektivlik naminə bu məqaləyə rüşvətin hansı sahələrdə azaldığını qeyd etməklə başlamaq istəyirik.
- Təqsirləndirilən şəxslərin karantində 2 həftə qalmamaları üçün onlardan yüz manatlarla ölçülən məbləğlərdə ödəniş tələb olunurdu, daha tələb olunmur.
- Yaxşı təmirli, geniş kameralarda qalmaq üçün təqsirləndirilən şəxslərdən aylıq yüz manatlarla ölçülən məbləğlərdə ödəniş icarə haqqı kimi tələb olunurdu, artıq tələb olunmur.
- Təqsirləndirilən şəxslər arasında “burju” adlandırılan bəzi maddi vəziyyəti yaxşı olan şəxrlərin tibb məntəqəsindəki açıq şəaraitdə, kondisionerli, şəxsi ev telefonunun olduğu otaqlarda yaşamaları və təcridxananın həyətində sərbəst gəzinti imkanı qazanmaları üçün onlardan aylıq 1000 AZN ətrafında razılaşdırılan ödənişlər tələb olunurdu, daha tələb olunmur.
- Cəzaçəkmə müəssisələrinin mərkəzi xəstəxanasına göndəriş yazılması üçün tələb olunan 1500 AZN ödəniş aradan qaldırılıb.
- Köşkdəki şişirdilmiş qiymətlərin həcmi azaldılıb.
- 200 AZN-ə ailələrlə açıq görüşün satılması dayandırılıb.
- Təsqsirləndirilən şəxslərin öz ailələri ilə görüşdə götürdükləri istənilən məbləğin 10%-nin “rüsum” kimi alınması ləğv edilib.
- Gündəlik telefon danışığından istifadə üçün aylıq 150-250 AZN-lik “abunəlik”lərin formatı dəyişdirilib.
Elə bu sonuncu məsələdən keçək rüşvətin hansı formalarda qaldığına.
Əvvəllər aylıq abunəlik olan telefon danışığı indi 15 dəqiqəsi 5 AZN “tarif”inə keçirilib.
Bu rüşvətlər birbaşa təcridxana rəhbərliyinə yox, korpuslarda gündəlik işləri görən Penitensiar Xidmət İşçilərinə çatır.
Ətraflı şərhdə