Balakən rayonu İtitala kənd sakini İmam Mahmudov bələdiyyə sədri və müavini haqqında davamlı olaraq redaksiyamıza şikayət videoları göndərib.Şikayətçi bildirir ki, bələdiyyə sədri və müavini, rayon icra hakimiyyəti və daşınmaz əmlak idarəsində olan havadarlarının köməyi ilə saxta işlərə rəvac vermiş, qanunsuz olaraq torpaq sahələri vətəndaşlara paylanılıb, ancaq maliyyə vəsaitləri dövlət büdcəsindən yayındırılıb.Eyni zamanda örüş yerləri bələdiyyə sədrinin süni gölü üçün istifadə olunur deyə şikayətçi bildirir.

Bu gün daxil olan məlumata görə adı çəkilən vətəndaş 9- may 2025- çi il tarixində səhər saat 10 radələrində Balakən rayon polis idarəsinə çağırılıb və bununla bağlı vətəndaşa rəsmi çağırış vərəqəsi təqdim olunub.

Biz Balakən polisinin qeyd olunan məsələni araşdırmaq üçün operativ cəhdlərini alqışlayıb onlara müvəffəqiyyətlər arzulayırıq və bildiririk ki, məsələ nəinki bizim, hətta bütün medya qurumlarının nəzarətindədir.Çox gözəl olardı ki, Balakən polisi baş verənləri obyektiv araşdırıb hüquqi qiymət verərdi.Biz buna qəti şübhə etmirik.

Şimalregion.az