
- Trampın Ukraynada atəşkəslə bağlı Putindən bezib narazı qalaraq ona sərt xəbərdarlığından,
- ABŞ və Avropanın Rusiyaya qarşı birləşib Ukraynanı daha gücləndirmə və Rusiyaya qarşı sanksiya sıxıntıların daha artırma qərarından
- Avropanın ən böyük 4 dövlət liderinin Ukraynaya gözlənilməz səfərindən
- 9 may paradında gələn Çin lideri Si-dən Rusiyaya dəstək vermək əvəzinə onu konkret olaraq sülhə dəvət etməsindən
- İsveçrədə Çin və ABŞ nümayəndə heyəti arasında uğurlu iqtisadi və siyasi anlaşma və razılaşma kimi hadisələrdən
təklənib təlaşa düşən Putin gecə yarısı birdən- birə tələsik mətbuat konfransı keçirib.
İndiyədək Ukraynanı bir dövlət, Zelenskinin isə prezident kimi saymayan, 3 günə Kuyevi almaq, Ukraynanı millətsizləşdirib, hərbisizləşdirmək, Ukrayna və Avropanı nüvə silahı ilə hədələmək çıxışları edən Putin indi, başqa cür danışıb:
⚡ Ukrayna və Zelenski ilə 15 mayda İstanbulda heç bir şərtsiz olaraq birbaşa danışıqlara hazırıq
⚡ Biz Ukrayna ilə ciddi danışıqlar köklənirik
⚡ Sabahdan mən Ərdoğanla danışlb ondan xahiş edəcəm ki, Ukrayna ilə danışıqlar üçün bizə meydan yaratsın.
⚡ Bizim təkliflərimiz masa üzərındədir, indi qərar Ukrayna hakimiyyətinindir.
⚡ istisna deyil ki, yeni atəşkəs barədə razılıq əldə etmək olacaq.
⚡ İndi qarşılıqlı hərbi vuruşma gedir. Müharibədir. Biz isə pozulmuş danışıqları bərpa etmək istəyirik. (İlk dəfədir ki, Putin “Müharibə” sözü işlətdi, Xüsusi Hərbi Əməliyyat əvəzinə və bununlavda Ukraynaya qarşı müharibə etdiyini etiraf etdi).
⚡ Başıalovlu səngərlərdə eşələnmək hesabına sülh heç kimə lazım deyil, bizə uzunmüddətli sülhə çıxış yolu lazımdır.
Vəssalam… Görürsünüz, dünyanın ən özündən razı və güclü diktatoru Putini, Trampın gəlişi və onun indiyədək aparılan yumşaq liberal siyasəti çevirməsi ilə, demokratik Qərbin nəhayət sərt qətiyyətləşib öz əsil gücünü göstərməsi necə yumşaldıb muma döndərdi. Bu bir yeni dövrdür. Bütün diktaturaları eyni, bu cür aqibət gözləyir.
O görünür ki, bütün bu Ukrayna savaşı sonda, Ukraynanın güclənməsi, inkişafı, Qərb-ABŞ və Avropanın dünyada mütləq güclü və demokratik yolu və Türkiyə-türk dünyasının yenidən oyanışı ilə bitəcək. Yaxın gələcəyin işidir, bütün bunlar.