
Balakən rayon Su Meliorasiya suvarma sistemləri idarəsinin müdüri Eldəniz Xudeynatovun qanunsuz əməlləri ilə bağlı videolar daxil olub.2024-cü ilin Sentyabr ayından etibarən Balakən rayon Su meliorasiya idarəsinin müdüri vəzifəsinə yenicə təyin olunan Eldəniz Xudeynatov gələr -gəlməz dövlət işlərini bir kənara qoyub,dövlətin texnikalarıyla qeyri-qanuni işlər görərək həmin texnikaları öz mənafeləri üçün istifadə etmişdir.Idarənin baş mühasibi Elxan Bodurovla illər əvvələ dayanan dostluqlarına güvənərək çöldə görülən qeyri- qanuni işləri dövlət işləriymiş kimi qeydə alaraq yanacaq silərək dövlətdən də əlavə pul mənimsəmişdir.Odur ki,Balakən rayonunda Katex çayının İtitala kəndi ərazisindən keçən hissəsində çay yatağında özünə karxana yaradaraq, idarəyə Yenicə verilmiş, qiyməti təxminən 300-400 min manat civarında olan Hyundai markalı ekskovatorla çayı lildən təmizləmək adıyla çaydan suvax qum çıxararaq satışıyla məşğul olmuşdur və həmin iş üçün idarənin texnikalarını da cəlb etmişdir.Zaqatala və Balakən ərazisini suvax qumla təmin edən Eldəniz Xudeynatov pul qazanmaq xətrinə işçinin həyatını belə nəzərə almamışdır.Odur ki,qazıntı zamanı ekskovator çay yatağında qazılmış dərin çalaya düşmüş və ban hissəyə qədər batmışdır.Qapıları avtomatik kilitlənmiş ekskovatorda sürücü köməksiz qalmış,son anda ekskovatorun nəfəsliyindən özünü zorla çölə çıxarıb,bana dırmana bilmiş,saatlarla ekskovatorun banında qurtarılmağı gözləmişdir.İdarənin digər texnikalarını ve işçiləri onun qurtarılması üçün səfərbər etmiş,işçiləri gece saatlarına qədər orada suda,soyuqda çalışdırmışdır.Bununla bağlı video kadrlar tərəfimizdən efirə verilir.Qanunsuz əməlləri bununla kifayətlənməyən Eldəniz Xudeynatovun daha bir çox görüntüləri,video kadr və foto şəkillər vasitəsilə yaxın günlərdə tərəfimizdən paylaşılacaqdır.
Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir! Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!