
Sürət saniyələr içində ömürlük faciə yaradırsa… Yol nişanlarındakı rəqəmlərə sadəcə göstərici yox, həyat, sağlamlıq sərhədi kimi baxılmalıdır. Sürət həddi aşıldıqda valideynlər övladsız, ailələr gözü yaşlı, körpələr atasız, anasız qalacaqdır. Saniyələrə sığmayan peşmançılığın qarşısını alın, qanunla müəyyən olunmuş sürət həddinə riayət edin. Çünki hərəkətin təhlükəsizliyi ictimai tələbdir.