
Bu gün də Tofiq Yaqublunun həkimi Adil Qeybulla müəssisəyə buraxılmadı.
Bütün günü həkimin ataya baş çəkməsini və ona zəruri müdaxilələr etnəsini gözləmişəm. Görünən odur ki, T.Yaqublunun ölümünə nail olmayanlar, indi onun bərpa prosesini bilərəkdən və qəsdlə gecikdirir. 40 günlük aclığın fəsadları da böyükdür. Bu fəsadların aradan qalxması üçün T.Yaqublu mülki xəstəxanaya köçürülməliydi. Başa düşdük ki, köçürmək niyyətiniz yoxdur. Heç olmasa həkimi müəssisəyə buraxın ki, müalicə etsin.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət, Tofiq Yaqublunun həyatı ilə oynayırsınız!
İşgəncə vermə, azad et!
P.S Şəkildə gördüyünüz şəxs Penitensiar Xidmətin Tibb Baş İdarəsinin rəisi Cəmil Kamillidir. Ölüm ayağında olan T.Yaqublunun səhhəti barədə “stabil, orta ağır” deyə, bu idarənin həkimləri rəy vermişdilər. Halbuki biz müəssisədə olanda T.Yaqublu son saatlarını yaşayırdı. Belə idarənin nəzarətində T.Yaqubluya görə necə narahat olmamaq olar?
Nigar Həzi