
ABŞ-dan Vacib Xəbərlər.
Son 48 saat bəlkə də Trampın prezidentliyinin 4 ayı ərzində ən ağır saatlar oldu. Son 48 saat ərzində məhkəmələr dayanmadan Trampın verdiyi qərarları ləğv edir.
- Harvard Universitetinə xarici tələbələrin qəbulunun qadağası ləğv olunub;
- Bu arada KİV-lərdə məlumat yayılıb ki, Trampın oğlu Barron Harvarda, Kolumbiya universitetində və Stenforda təhsil üçün müraciət etdi, amma onlar Barronu qəbul etmədilər və Tramp son dərəcədə qəzəblənib.
- Nyu-Cersi ştatından olan konqres üzvünə immiqrasiya həbsxanası qarşısındakı etiraz aksiyasında iştirak etdiyi üçün irəli sürülən ittiham ləğv olundu(LaMonika Makayver, mən bu olay barədə yazmışdım)
- Təhsil Nazirliyinin ləğv edilməsi
Trampın vəkilləri məhkəmədə bəyan ediblər ki, onların məqsədi nazirliyi ləğv etmək yox, onun fəaliyyətini daha səmərəli etmək olub və bu səbəbdən 1700 nəfər əməkdaş işdən çıxarılıb. Halbuki, Tramp özü bir neçə ay əvvəl açıq şəkildə Təhsil Nazirliyini ləğv etmək istədiyini bildirmişdi.
Məhkəmə qərar verib ki, işdən çıxarılan əməkdaşlar dərhal bərpa edilməlidir və əlavə edib ki, federal nazirliklərin fəaliyyəti ilə bağlı qərarları yalnız Konqres verə bilər.
Əslində son 48 saat ərzində Trampın daha çox təşəbbüsləri məhkəmələr tərəfindən bloklanıb(misal üçün Oklahomada ilk dövlət dini məktəbinin açılışı qərarı ABŞ Ali məhkəməsi tərəfindən qadağan olunub və s), amma biz əsasları qeyd etdik.
Təbii ki, baş verənlər Trampı qıcıqlandırır və o, xarici siyasi məsələlərdə də aqressivləşir və bütün dünyada özünü gülüş hədəfinə çevirən bəyanatlar verir.
Misal üçün Tramp bəyan etdi ki, əgər Rusiyanı G8-dən qovmasaydılar, müharibə başlamayacaq idi. Qeyd edək ki, Rusiyanı G8-dən elə ona görə qovublar ki, o, Krımı işğal edib.
Trampın Avropaya qarşı artan qəzəbi də təsadüfi deyil, Tramp/Putin cütlüyü üçün Ukraynada müharibənin yeganə məntiqli sonluğu Ukraynanın de-fakto siyasi kapitulyasiyasıdır. Avropa buna yol vermir deyə Trampın Avropaya nifrəti artır.
Kamran Cəfərov politoloq