Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə o, hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər: “Gənc oğlan idi, dostları da yanında idi. Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib

Redaksiyadan:Belə halların baş verməsi heç də təsadüfi deyil.Çünki KİV olaraq zaman-zaman belə hadisələrə rast gəlmişik.Bu hadisənin Mingəçevir şəhər icra hakimiyyətinin məsuliyyətsizliyi ucbatından baş verdiyi bildirilir.İcra hakimiyyətinin damında işləyən usta təhlükəsizlik qaydalarına riayət etmədən işləyib və oradan yıxılaraq ölüb.Məsuliyyət birbaşa şəhər icra hakimiyyətinin başçısı və digər məsul şəxslərin üzərinə düşür.Çünki nəzarət etməyiblər,ustanı təhlükəsizlik qaydalarına əməl etməyə sövq etməyiblər.Faktla bağlı araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.