İSMAYILLI ŞƏHƏR SAKİNLƏRİNİN NƏZƏRİNƏ!

Hörmətli seçicilərimiz, İsmayıllı şəhər sakinləri!

Şəhərlərdə və şəhər tipli qəsəbələrdə, çoxmərtəbəli binaların yaxınlığında iri və xırdabuynuzlu heyvanların səllimi (nəzarətsiz) buraxılması qadağandır. Şəhər daxilində saxlanılan iri və xırda buynuzlu heyvan – inək, camış, qoyun, keçi və s. səllimi buraxıldıqda insanlar, eləcə də ətraf mühit üçün müxtəlif təhlükə və xoşagəlməzliklər yaradir və hətta arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb olur.
Səllimi buraxılan mal-qara şəhərdaxili yolların asfalt örtüyünə, ağaclara, yaşıllıq zolaqlarına, gül kollarına ciddi ziyan vurur. Odur ki, tərəfinizdən heyvanların nəzarətsiz qalmaması və sadalanan xoşagəlməz halların baş verməməsi üçün Sizdən bu məsələdə müvafiq – vacib tədbirlər görmək tələb olunur.
Əks təqdirdə şəhərdə mal-qaranın saxlanma qaydalarına riayət etməyən vətəndaşlar bu kimi hallarda qanunla nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməklə barəsində müvafiq tədbir görüləcəkdir.
Yaşadığımız ərazinin abad, təmiz və təhlükəsiz olmasını təmin etmək hər birimizin borcudur.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə heyvan sahibləri 200 manat məbləğində cərimə olunur.

İsmayıllı bələdiyyəsi!