Türkiyə nə üçün səssiz?

Hitler Almaniyasının cəza aparatı SS-dən (Schutzstaffel-Müdafiə Dəstələri) daha qəddar olan raşizmin cəza aparatı FSB-nin (Federal Təhlükəsizlkik Xidməti) azərbaycanlılara divan tutması ilə Rusiya ilə Azərbaycan arasında münasibətlər gərginləşib. Ukraynanı Leninin yaratdığını iddia edən raşizmin təbliğat maşını indi də eyni tezisi Azərbaycana qarşı səsləndirməyə başlayıb. Ukraynaya hərbi müdaxilənin ideoloji təməli məhz bu tezislə, Ukraynanın “qondarma dövlət” olması ilə yaradılmışdı.
Ukraynanı üç günə fəht edəcəklərini zəvzəyən raşizmin təbliğat maşını Azərabycana iri kalibirli raketlərlə zərbə endirməkdən tutmuş Bakının Odessa kimi rus şəhəri elan edilməsinə qədər hər cürə təhdidlər səsləndirirlər.
Belə bir zamanda Azərbaycanın dost və müttəfiqlərinin ən azından mənəvi dəstəyinə ehtiyacı var. Ukrayna prezidenti Volodimir Zelenskinin prezident İlham Əliyevə zəng edərək raşizmin cəza aparatının Yekaterinburq şəhərində qəztlə yetirdiyi azərbaycanlılarla bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırması, Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilməsi təqdirəlayiqdir.
Azərbaycan dövləti və xalqı Rusiyanın ən sərt təhdidlərinə məruz qaldığı bu günlərdə 57 İslam dövlətindən, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən və ən nəhayət Şuşa bəyyanəməsini imzaladığımız Türkiyə rəsmilərindən hələlik heç bir dəstək görməyib. Bir karikaturaya görə məhəlli bir dərgi olan “Leman” jurnalına həsr etmək üçün gen-bol vaxt tapan Rəcəb Tayyip Ərdoğan, terror təşkilatı HƏMAS təmsilçiləri uzun-uzadı danışıqlar aparan Türkiyə rəsmiləri Rusiyanın Azərbaycana qarşı alçaq təhdidini qınamaq üçün üç gündür ki, vaxt tapmırlar.
Türkiyənin rəsmi qurumları kimi ictimai-siyasi xadimləri və rəy liderləri də susurlar. Türkiyə mediasının aparıcı simalarının heç biri Rusiyanın Azərbaycana qarşı təhdidini müzakirə mövzusuna çevirmədiyi kimi, raşizmin ifşa olunması kimi tarixi əhəmiyyətli prosesdən yayınırlar.
34 illik müstəqillik dövründə Azərbaycan raşizmin belə təhdidlərini çox görüb. Belə təhdidlərlə Azərbaycanı qorxutmaq, diz çökdürmək mümkün deyil. Azərabycan xalqı rus süngüsünə heyran toplumdan fərqli olaraq raşizmdən qorxmadığını ən zəif vaxtlarında, müstəqilliyinin ilk illərində dəfələrlə nümayiş etdirib. Odessanı işğal etmək əvəzinə nəsibləri Ukrayna çöllərində ölüm olduğu kimi Bakını və Azərbaycanı işğal etmək arzuları da ürəklərində qalacaq. Üstəlik, raşizmin belini qıracaq, imperiyanı dağılmas prossinə sürükləyəcək nəhəng əməliyyat(lar)a çox az qaldı.
Ancaq tarix bu sualı hökmən soracaq: Türkiyə nə üçün səssiz qaldı?

Xəqani Cəfərli politoloq