
“Mən norveçlilərlə azərbaycanlılar arasında Volqa, Don çaylarından keçməklə Baltik dənizi vasitəsilə təmasların köklərini araşdırmışam. Digər ölkələrdən olan alimlərlə birgə böyük, geniş səpkili tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişik ki, ölkələrimiz arasındakı təmaslar hətta vikinqlərdən də qədim dövrə gedib çıxır. Əldə etdiyim məlumatlar nəticəsində belə qənaətə gəlmişəm ki, Skandinaviya ölkələrində mövcud olan kral ailələri öz mənşələrini məhz Azərbaycandan götürmüşlər. Onların əcdadları sizin məmləkətdən, sizin ölkədən törəmiş, çıxmışlar”.
Dünya şöhrətli norveçli alim, etnoqraf, tədqiqatçı Tur Heyerdalın Ümumilli Lider Heydər Əliyevlə ikinci görüşündən sitat. Bakı, prezident sarayı, 2000-ci il (Görüşdən çəkilmiş şəkil şərh bölümündə).
“Dünyaya mədəniyyət, sivilizasiya Azərbaycandan – Qobustandan yayılıb, sadəcə azərbaycanlılar xristian olmadığına görə dünya ölkələri bu həqiqəti qəbul etmək istəmir”.
Tur Heyerdal, dünya şöhrətli alim, etnoqraf, arxeoloq, tədqiqatçı.
Bəyənək və paylaşaq.