
Radar görən kimi qaydaya düşən sürücü, niyə özünə qarşı bu qədər ədalətsizsən? Radardan yayına bilərsən, ancaq…
Ona görə də yolda olan hər radar bir xəbərdarlıqdır, bir həyat siqnalıdır, yolların təhlükəsizlik kəməridir.
Əziz dostlar, xahiş edirəm, hər kəs paylaşsın.
Hamının yolda olanı var, hamının gözlədiyi var. Yolda olanlara deyin, çatdırın ki, radar yalnız cərimə yazmaq üçün deyil, həyatları qorumaq üçündür. Yol Polisi, radarlar, postlar, reydlər hamısı sizin bir saniyəlik ehtiyatsızlığınızın ömürlük ağır nəticələrə çevrilməməsi üçündür.