
Əli Xameneyi 25 gündür ictimaiyyət qarşısına çıxmır
İranın ali dini lideri Ayətullah Əli Xamenei 25 gündür ictimaiyyət qarşısına çıxmır. Bu müddət ərzində o, cəmi iki dəfə video vasitəsilə xalqa müraciət edib – və bu, Xamneyinin adətən mühüm dini mərasimləri qaçırmamasına baxmayaraq.
İranda müxtəlif söz-söhbətlər yayılır – Ayətullahın ağır xəstəliyi və hətta ölümü ilə bağlı. Ekspertlər də öz növbəsində Xamneyinin sadəcə olaraq bunkeri tərk etmədiyinə inanmağa meyllidirlər.
BILD-in məlumatına görə, İran lideri İsrailin iyunun 13-də İranın nüvə proqramına zərbələr endirməyə başlamasından qısa müddət sonra yeraltı sığınacağa sığınıb. İsrail və ABŞ ümumilikdə 12 gün davam edən qarşıdurmada Fordo, İsfahan və Natanzdakı hədəfləri vurub. Qətərin vasitəçiliyi ilə müvəqqəti atəşkəs hazırda qüvvədədir.
İranlı politoloq Əli Fətullah-Nejad BILD-ə deyib: “On iki günlük müharibə faktiki olaraq Xameneyidən sonrakı dövrün başlanğıcını qoydu. İran artıq öz varisini axtarır. Xamneyinin artıq öz rolunu yerinə yetirmək üçün fiziki və psixoloji imkanları yoxdur – və bu, müharibənin əvvəlindən belədir”.