
Avropanın ən böyük dəniz limanı olan Rotterdam limanında Rusiya ilə mümkün müharibəyə hazırlıq aparılır. Time TV bildirir ki, bunu Financial Times yazır. Dərgidə yer alan məqalədə Rotterdam limanı hərbi yük daşıyan gəmilər üçün yer ayırdığı qeyd olunur. Limanda əvvəllər silahların daşınması üçün xüsusi yanalma körpüsü yox idi, lakin indi sursatların təhlükəsiz daşınması üçün yeganə yer konteyner terminalı olacaq. Həmçinin limana həmçinin ölkənin strateji neft ehtiyatlarının bir hissəsini saxlanılır. Rotterdam Limanın direktoru Budvəyn Simons (Budwijn Simons) Rotterdamın ABŞ, Kanada və Böyük Britaniyadan hərbi yükləri qəbul edərkən Antverpen limanı ilə koordinasiyalı işləyəcəklərini Financial Times-ə söyləyib. Simons baş verəcək müharibədə daha çox resursa sahib olmaq üçün Avropanı təkcə neft məhsullarını deyil, həm də mis, litium və qrafit kimi digər strateji ehtiyatlar ehtiyatı saxlamağa çağırıb.
Nederland Krallığı Müdafiə Nazirliyi də Rotterdamın NATO-nun tələbi ilə hərbi yük daşıyan gəmilər üçün yer ayıracağını bildirib.