
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Gəncə şəhər Sevinc qəsəbəsi küçə 8 də yaşayan Həşimova Qalina Qeorgi qızı tərəfindən
Ərizə
Hörmətli Mehriban xanım!
Yazıb diqqətinizə çatdırıram ki, atam Həşimov Georgi Tofiq oğlu Çernobul vetiranı 2 ci qrup əlil olub və hər zaman dövlət qayğısı ilə əhatə olunub. Əlbəttə ki, bu sözləri ifadə etmək bir övlad kimi mənim üçün çox çətindir. Belə ki, atam 26 Fevral 2025 cı il tarixdə dünyasını dəyişib. Lakin dövlətimizin hər bir vətəndaşına verdiyi kəfən pulunu Çernobul əlili olan atama vermirlər. Məlumat üçün bildirim ki, bu barədə aidiyyəti qurumlara müraciət etsə də mənə başdan soydu, absurt cavab verərək məni başlarından edirlər. Ancaq ölkəmizin mövcud qanunvericiliyinə əsasən dünyasını dəyişən hər bir şəxsə əgər pensiya alırsa həmin ayın nəzərdə tutulmuş pensiyası eləcə də kəfən pulu ödənilir. Amma təəssüflər olsun ki, Çernobul əlili olan mərhum atama bu ödəniş heç biri verilmədi.
Hörmətli Mehriban xanım!
Məlumat üçün bildirim ki, özüm uzun illərdir ki, Gəncə Ş. Abbas Səhhət adına xəstəxanada tibb bacısı vəzifəsində çalışıram həm “Korona virus” pandemiya dövründə həm də 44 günlük vətən müharibəsi dövründə bir tibb bacısı kimi xüsusi fədakarlıq göstərmişəm.
Hörmətli Mehriban xanım!
Heç kimə sirr deyil ki, siz hər bir vətəndaşın ümüd yerisinin və hər çətinliklə üzləşən hər bir vətəndaş sizə bənah gətirir. Əlbəttə ki, sizə uzanan əlləri heç zaman boş geri çevirməmisiniz. Bütün bunlar isə mənə ümid verir ki, siz bu mərhəmətinizi, köməkliyinizi bir başsız qadın kimi məndəndə əsirgəməyəcəksiniz. Odur ki, sizdən çox xahiş edirəm atamın kəfən pulunu ödənilməsinə göstəriş verəsiniz. Onuda qeyd edim ki, imkanımın olmadığı üçün 26 Fevral 2025 ci il tarixdən bu günə kimi mərhum atamın baş daşını qoydura bilməmişəm.
Hörmətli Mehriban xanım!
Yəqin ki, bir xanım kimi məni anlayarsınız. Bu halın varlığı bir övlad kimi məni çox sarsıdır və vicdan əzabı verir.
Çünki Gəncə şəhərində aidiyyəti qurumlar vətəndaşlara layiqli xidmət etmirlər və vətəndaşları sizə və cənab prezidentə müraciət etmək məcburiyyətində qoyurlar. Son anda carəsiz qalaraq sizə pənah gətirmişəm ki, Heydər Əliyev Fondundan Çernobul əlili olan mərhum atamın məzarının üstünü götüzdürməyim üçün mənə pul yardımı göstərilməsinə tapşırıq və tövsiyələrinizi verəsiniz.
Ümid edirəm və inanıram ki, mənim bu müraciətim cavabsız qalmayacaq. Çünki siz hər zaman şəhid ailələrinə, qazilər, çernobul əlillərinə xüsusi diqqət və qayğı göstərmisiniz.
Əlbəttə ki, Dövlətin öz vətəndaşına mərhəmət, qayğı, göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir.
Hörmətlə: Həşimova Qalina. G. Q