
Qadınlar üçün təhlükəli ölkə-Azərbaycan
Tanınmış vəkil Zibeydə Sadıqova yenə də qadınlara qarşı dəhşətli zorakılıq faktlari olan statistika paylaşıb.
“5 ay ərzində döyülən, bıçaqlanan, baltalanan, güllələnən və üstünə qumbara atılan qadınlar:
- 21 fevral 2025- Bakı ş-Aysel Əfəndiyeva və 4 yaşlı oğlu İlham Əfəndiyevi əri liftdə bıçaqlayıb;
- 16 fevral 2025- Goranboy- Vəfa Aslanova-39 yaş- qaynatası qumbara ataraq xəsarət yetirib;
- 13 fevral 2025-Gəncə-G.Allahverdiyeva-31 yaş-əri qulağından bıçaqlayıb;
- 10 fevral 2025-Bakı -XX-əri bıçaqlayıb;
- 06 fevral 2025-Lənkəran-T.Nəhmətova-47 yaş-əri bıçaqlayıb;
- 28 fevral 2025-Gəncə ş-H.Abıyeva-34 yaş-əri balta və armaturla döyüb, vəziyyəti ağırdır;
- 11 aprel 2025- Gədəbəy r-İlhamə Mürsəlova (42 yaş) və qızı Nabat Mürsəlova (18 yaş)- qaynatası və baldızı döyüb;
- 10 aprel 2025- Suqovuşan-M.Ələkbərova-oğlu bıçaqlayıb;
- 04 aprel 2025-Bakı ş-Z.Bayramova-30 yaş-boşanmaq istədiyi üçün əri onun üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib;
- 15 may 2025- Goranboy r-N.Xudaverdiyeva-24 yaş- əri güllələyib (birinci məlumatda qaynanası ehtiyatsızlıqdan güllələdiyi yazılmışdı);
- 12 may 2025- Gəncə ş-G.Şahməmmədova- 64 yaş-əri bıçaqlayıb, evi yandırıb (evdə partlayış olub və kişi ölüb;
- 06 may 2025- Naxçıvan ş-V.Zeynibəyli- əri bıçaqlayıb.
Vəkil Zibeydə Sadıqova