
İyulun 2-si Azərbaycan polisi yaranmasının 107-ci il dönümünü qeyd edir.Azərbaycan polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçib.Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında,milli maraqların qorunmasında mühüm rol oynayıb, dövlət müstəqilliyimizin müdafiəsinin ön sıralarında olub.Cumhuriyyətin süqutundan sonra daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və asayişin qorunmasında böyük təcrübə, yüksək bilik əldə edib.Ulu öndər Heydər Əliyevin respublikamızın bir çox sahələrdə uğur qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olunub.
Ümummilli liderin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi günü elan olunub.Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının təşkilatı və ideoloji cəhətdən möhkəmlənməsi,sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb.
Azərbaycan polisi birinci Qarabağ müharibəsində daim ön cəbhədə vuruşub.Birinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə polis və daxili qoşunların hərbi qulluqçuları igidliklə döyüşərək qəhrəmanlıq göstərdilər.
2020-ci ilin payızı Azərbaycan polisi üçün daha gərgin bir iş dönəmi oldu.Belə ki, daxili işlər nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı.Belə ki,gözlə görünməyən düşmən-Covid 19 hər yerdə idi.Qürurla deyə bilərik ki,bu sınaqdan da asayiş keşikçilərimiz üzüağ çıxdılar.Silahlı qüvvələrin Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44- günlük vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər.Ağır döyüşlərdə onlardan 66- nəfəri şəhid oldular,346- hərbi qulluqçu yaralandı 4- nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi müzəffər Ali Baş komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib.Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.Bu gün hər bir Azərbaycan vətəndaşının güvənc yeri, əminliklə kürəyini söykədiyi bir dayaq Azərbaycan polisidir.Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə,inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan,ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir.
SimalRegion.az saytı başda Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla bütün Azərbaycan polisini peşə bayramı münasibətilə təbrik edir və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayır.Peşə bayramınız mübarək olsun.