“Erkən nikahlar və qohumlar arasında nikahın fəsadları”adlı tədbir keçirilmişdir

30 iyun 2025-ci il tarixdə Qəbələ RİH yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Zirik kəndində “Erkən nikahlar və qohumlar arasında nikahın fəsadları” adlı tədbir keçirilib. Komissiya üzvlərinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, gənclər və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər erkən nikah və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən, onun cəmiyyətdə yaratdığı fəsadlardan danışmış, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışlar. Tədbirin sonunda mövzu ilə əlaqəli videoçarx nümayiş etdirilmiş, maarifləndirmə bukletləri paylanmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Qəbələ rayon icra hakimiyyəti