Qəbələ rayonu Kürd kənd sakini Alıyarov Təbriz Baxış oğlu həm Şimal Region internet TV-yə,həm də SimalRegion.az saytına maraqlı video sujet göndərib.Burada kəndin sabiq icra nümayəndəsi Alıyev Eyyub Hüseyn oğlunun qanunsuz əməlləri dilə gətirilir.

Şikayətçi bildirir ki, ərazidə yaşı 300 ildən çox olan qəbristanlığın üstündə obyekt tikilib və bu icazəni rayon icra hakimiyyəti və kəndin icra nümayəndəsi veriblər.Şikayətçi prezidentə müraciət edərək kömək istəyir, aidiyyatı üzrə məmurların cəzalandırılmasını xahiş edir.Daha geniş şəkildə yazının sonunda videodan izləyə bilərsiniz.

Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq