
Rusiyada faşizm hökm sürdüyü üçün hüquq-mühafizə orqanları rejimin mahiyyətinə uyğun olaraq işgəncə, qətl aparatıdır. Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı törətdilən qətliam da bunu təsdiqidir. Bu gözlənilən bir qətliam idi və yalnız başlanğacdır.
Rusiyada faşizmin bərqərar olması, bu ölkədə yaşayan qeyri-ruslara, xüsusilə də azərbaycanlılara qarşı qətliamların baş verə biləcəyi ilə bağlı 2022-ci ildən bəri sosial şəbəkələrdə onlarla status yazmışam, youtube-da bir neçə yüz dəfə çıxış etmişəm.
Pressklub.az saytında yayımlanan “Presklub.az” saytında yayımlanmış “Qonşular üçün raşizm təhlükəsi” (https://pressklub.az/az/yazilar/qonsular-ucun-rasizm-tehlukesi-222-az) və Raşizm təhlükəsinin qarşısını necə almalı? (https://pressklub.az/az/yazilar/rasizm-tehlukesinin-qarsisini-nece-almali-224-az) məqalələrində də raşizm təhlükəsi ilə bağlı soydaşlamızı xəbərdar etməyə çalışmışam.
Ancaq insanlar fəlakətlə üzləşməyənə qədər fəlakətlə bağlı xəbərdarlığı ciddiyə almırlar. Psixologiyada Kasaandıra sindromu da insanların fəlakətlə bağlı xəbərdarlığıa inanmaması ilə bağlı yaranmış vəziyyəti ifadə etmək üçün yaranıb. Bilirəm ki, Yeakterinburqda Səfərovlar ailəsinə qarşı törədilən qətliam da raşizm təhlükəsi ilə bağlı soydaşlarımızı sirkələməyəcək. Ona görə də daha böyük faciələrin baş verməcəyindən qorxuram.
Raşizm məhv olana kimi bütün qonşuları üçün ölüm mənbəyi olaraq qalacaq. Bizim üzərimizə düşən vəzifə raşizmin məhvinə çalışan Böyük Britaniya və Ukrayna ilə birlik olub, rus faşizminin məhvi üçün əlimizdən gələni etməkdir.