
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci arasında imzalanan müqaviləyə əsasən “Tibb bacısı (qardaşı) işi” fakultəsinin tələbələri xəstəxanada tibb bacısı iştisası üzrə təcrübə keçməyə başlayıblar.
Baş həkim Nərgiz Rəhimova tələbələri və onlara rəhbərlik edən müəllim heyətini qəbul edib. Görüş zamanı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Fənn Birləşmə Komissiyasının sədri Elşən Həsənov, fənn müəllimi İlyas Bağırov baş həkim Nərgiz xanıma Kollecdə tədris olunan tibb ixtisası üzrə dərslər və tələbələrin tibbi bilikləri haqqında məlumat verib. Nərgiz xanım tələbələrlə tanış olduqdan sonra onlara xəstəxananın daxili nizam-intizam qaydaları, şöbələr və hər şöbənin ayrı-ayrılıqda iş fəaliyyəti haqqında məlumat verib. Xəstəxanada tibb bacısı ixtisası üzrə təcrübə keçməyin məsulliyətini və qaydalarını onlara izah edib və lazımi tövsiyyə və tapşırıqlarını verib.
Baş həkim tələbələri maraqlandıran suallara cavab verdikdən sonra onlara uğurlar arzulayıb.