
1964-cü il təvəllüdlü İsmayıllı rayon sakini Vəliyev Telman Əlibala oğlu ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi yardım bölməsinə daxil olub. Həkimlərin təcili təxirəsalınmaz tibbi yardımlarından sonra xəstə “Qeyri-stabil stenokardiya, sol mədəciyin ön yan divarının kəskin transmural miokard infarktı, kardiogen şok, ürək çatışmamazlığı” diaqnozu ilə Reanimasiya şöbəsinə stasionar yatışa verilib.
Həkimlərimizin səyi nəticəsində ağır vəziyyətdən çıxan xəstənin hal-hazırda səhhəti qənatbəxşdir. Vətəndaş Telman Vəliyev göstərilən yüksəksəviyyəli tibbi xidmətə, xəstəxanada yaradılan şəraitə görə TƏBİB-ə, xəstəxananın direktoru Vidadi Rəhimova və baş həkim Nərgiz Rəhimovaya, Reanimasiya şöbəsinin müdiri Firudin Ağayeva və kollektiv üzvlərinə öz dərin minnətdarlığını bildirir.
İnformasiya şöbəsi