
Şamaxı Cabanı 2 kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq başqa təyinat üçün istifadə olunur.Əlaqədar qurumlar tədbir görməkdən yayınırlar.Onlar səbəb kimi rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovu nişan verirlər.
“Azərtikinti quraşdırma servis 2023 şirkəti ilə güya ki,Cabanı 2 bələdiyyəsi arasında müqavilə var deyilirdi və sonda bunun yalan olduğu üzə çıxdı.Həmin torpağın təyinatı dəyişdirilmədən uzun illər ərzində istismar olunub və əlaqədar qurumlar buna korporativ maraqları naminə göz yumublar.
Torpaqların təyinatı yalnız nazirlər kabinetinin qərarı əsasında dəyişdirilə bilər ETSN-nin 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsi uzun illər baş verən qanunsuzluqlara göz yumub.Nəticədə torpağın münbit,üst qatı məhv edilib.
Qeyd olunan məsələdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun adı hallanır və bildirilir ki, gedən işlərə başçı yaşıl işıq yandırıb.Digər şəxs Əliheybət Şirinovdur.Bu şəxs vaxtında 8 saylı xüsusi təyinatlı yol istismar idarəsinin rəisi vəzifəsində çalışıb və sonradan öz yerinə oğlu İsmayıl Şirinovu təyin elətdirib.Əliheybət Şirinov hazırda “Azərtikinti quraşdırma servis 2023 şirkətinin rəhbəridir və Azəryolservis ASC-nin rəhbəri Saleh Məmmədovla yaxın dostdur deyə mənbə məktubunda yazır.
Hazırda Şamaxı bələdiyyəsinin ərazisində adı çəkilən şirkətə drabilka üçün yeni yer veriblər.Mənbə bildirir ki,həmin torpağın təyinatı əkin üçündür və təyinatı dəyişdirilmədən orada əsaslı tikinti işləri aparılıb və bu işin alınması üçün icra başçısı Tahir Məmmədovun xeyir-duası olub.
Şikayətçi bildirir ki,bələdiyyələrlə iş üzrə Göyçay regional ədliyyə idarəsinin rəisi Elnur Əsədov baş verənlərdən xəbərdar olsa da heç bir tədbir görmür və əksinə göz yumur.Hazırkı yeni ərazi Şamaxıda “Azpetrol və İdman kompleksinin yanında yerləşir.
Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir. Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Tam versiyanı yazının altında,yaxud YouTube üzərindən Şimal Region internet TV dən izləyə bilərsiniz.Ardı var bizimlə qalın.