İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Tibbi Şuranın may ayı üçün nəzərdə tutlan növbəti iclası keçirilib.

İclasda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, baş həkim Nərgiz Rəhimova, Tibbi Şuranın üzvləri, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Elburus Bağırov, Ailə Sağlamlıq Mərkəzinin müdirləri, kənd Həkim və Tibb məntəqə müdirləri iştirak edib.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov Şura iclasını açıq elan etdi.

Tibbi Şuranın gündəliyində:
I. İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in 3 aylıq fəaliyyəti barədə hesabatın müzakirəsi.
II. Baş həkimi Nərgiz Rəhimovanın kənd tibb müəssisələrində apardığı monitorinqlər zamanı aşkarlanan nöqsanların müzakirəsi.
III. Ümumdünya İmmunlaşdırma həftəsi haqqında İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məruzəsi.

Statistika bölməsinin müdiri Nigar Seyidzadə İsmayıllı RMX-nın 3 aylıq fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi.

Baş həkim Nərgiz Rəhimova kənd tibb müəssisələrində apardığı monitorinqlər zamanı aşkarlanan nöqsanları müzakirə edərək aydiyyatı struktur bölmə rəhbərlərinə baş verən nöqsanların tezliklə aradan qaldırılmasına, daxili nizam-intizam qaydalarına riayət olunmasına, 3 yaşa qədər uşaqların, hamilə və zahı qadınların ev ziyarətinin, həmçinin peyvənd işlərinin aparılmasına dair, həmçinin qarşıda duran məsələlərin icra olunması ilə əlaqədar lazımi göstəriş və tapşırıqlarını verib.

Ümumdünya immunlaşdırma həftəsi haqqında məruzə edən Elburus Bağırov bu layihənin peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb olunmasındakı əhəmiyyətindən danışdı və peyvənd işlərinin aparılması üçün bütün yaşayış məntəqələrində maarifləndirmə işlərinin aparılmasına dair tibb işçilərinə tövsiyyələr verdi.

Direktor Vidadi Rəhimov mövzularla bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxış edərək aydiyyatı struktur bölmə rəhbərlərinə ciddi tapşırıq və tövsiyələrini verib. Həmçinin bildirib ki, ASM, Həkim və Tibb məntəqələrində manitorinqlər davam edəcək. Monitorinqlərin nəticəsinə uyğun olaraq əməkdaşların iş fəaliyyəti qiymətləndiriləcək.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası