Tərtər rayon sakini Əhmədova Əminə Məhərrəm qızı redaksiyamıza müraciət edərək bunları söyləyib.

Mən beynəlxalq Avrasiya fondunun Tərtər rayonunda yerləşən idarəsində artıq 1 il 6- aydan çoxdur ki, işləyirəm.Mənim şikayətim idarə rəisi Umud Mirzəyev və həmin idarədə işləyən Ruslan adlı şəxsdəndir.Mən burada mina təmizləyən işçi kimi fəaliyyət göstərmişəm.Biz dörd qrup olmuşuq.Bir müddət əvvəl həftənin sonunda növbəni təhvil verib evə getmişik və növbəti həftənin 1-ci günü işə gələndə Ruslan adlı əməkdaş bizə bildirdi ki,sizinlə bağlanan müqaviləyə xitam verilib və işdən azadsınız.Mən bir müddət əvvəl rəis Umud Mirzəyevin yanında olub, bankdan kredit götürmək istədiyimi bildirmişəm.Onun diqqətinə çatdırmışam ki, müəyyən problemlərim var və buna görə kredit götürmək istəyirəm.Umud Mirzəyev mənə heç bir problemsiz get götür deyib.Mən artıq borclanmışam və indi məni işdən azad edib.

İşdən azad olmağımla bağlı Umud Mirzəyevin yanında olan zaman mənə söz verdi ki, üç ay səbrli ol səni işinə qaytaracam.Ancaq qaytarmadı.Mənim himayəmdə iki azyaşlı övladlarım var ailə başçısı yoxdur və bütün yükü mən çəkirəm.Onu da bildirim ki,başqa yerdən heç bir gəlirim yoxdur.

Mən əvvəllər həvəskar jurnalist fəaliyyəti ilə məşğul olmuşam və bu işə başlayan zaman jurnalist fəaliyyətimi saxlamışam.Yəqin Umud Mirzəyev bunu bilib və məni işdən azad edib ki, bir gün onun saxta işlərini lazımi yerlərə çatdıraram.Mənimlə birlikdə bir qadını da işdən azad edib.Kim ki,ona rüşvət verdi onları işinə qaytardı.Biz pul verə bilmədiyimizə görə işə qayıda bilmədik.İdarənin mənə 3168- manat borcu var, məzuniyyət pulu ilə zəhmət çəkib mənim pulumu versinlər bir də işdən çıxarılmağımın səbəbini izah etsinlər.

Umud Mirzəyev saxtakarlıq edərək dövləti, prezidenti,Vüqar Süleymanov və sair şəxsləri aldadır.Bir ay əvvəl təmizlədiyimiz sahəyə yenidən mina basdırtdırıb,yeni axtarış elan edir və bu minvalla maliyyə vəsaitlərini mənimsəyir.Biz etiraz edəndə hədə-qorxu gələrək səssiz dayanmağımızı tələb edir.Axşam olan kimi hərə bir qız götürüb idarəyə gəlir.Axşamlar idarə binası əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.Utanmırlar prezidentin,Ulu öndərin şəklinin altında hər hoqqadan çıxırlar.Bunlardan şikayət edəndə kollektivi yığıb imza yığırlar ki,güya onlara şər atırlar və onlar düz işləyirlər.Bütün qohum-əqrəba, dost-tanışını idarəyə yerləşdirib.İndi də mənə şər atırlar ki,güya mən Ruslan adlı əməkdaşı təhdid edirəm.Utanmırlar bir qadın kişi xeylağını necə təhdid edə bilər?Mən cənab prezidentə,birinci xanıma, daxili işlər naziri hörmətli Vilayət Eyvazova və sair dövlət qurumlarına müraciət edərək kömək istəyirəm.Umud Mirzəyev mənim pulumu versin və izah etsin görək niyə məni işdən çıxardıb.

Redaksiyadan:Qeyd edək ki,əmək məcəlləsinin tələblərinə görə himayəsində azyaşlı övladları olan və başqa heç yerdən gəliri olmayan şəxsi işdən azad etmək qanunvericiliyə görə olmaz.Faktla bağlı araşdırmalarımız davam edir.Umud Mirzəyev haqqında yeni məlumatlar əldə etmişik və materiallar hazır olan kimi dərc olunacaq.Bütün bunlara baxmayaraq yazıda adı çəkilən Ümid Mirzəyev və sair şəxslərin mövqeyini dinləməyə,dərc etməyə hazırıq.Materialı Şimal Region internet TV YouTube üzerinden və Facebook, İnstaqram, Tik-Tok sosial şəbəkəsindən izləyə bilərsiniz.

Qeyd edirik ki ,Umud Mirzəyev 01 Fevral 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub.