
Hörmətli oxucularımız!
Bir neçə gün əvvəl Bərdə rayonu Hacallı kənd sakini Zaur Cəfərov redaksiyamıza bir video material göndərmişdi.Videodan göründüyü kimi şikayətçiyə məxsus pay torpağında onun yetişdirdiyi yaşıllıqlar kütləvi şəkildə yandırılmış və ağaclar kəsilmişdir.Şikayətçi bildirir ki,həmin ərazini onun qonşuluğunda pay torpağı olan Abdullayev Taleh Bəylər oğlu yandırıb.
Məsələ ilə bağlı biz regional ekologiya və təbii sərvətlər idarəsinə,şəxsən Oqtay müəllimə müraciət etmişik və həmin videonu göndərmişik.Oqtay müəllim bizə zəng edərək hadisəni araşdıracağını və nəticəsi barədə redaksiyamıza məlumat verəcəyini bildirib.
Şikayətçi bildirir ki,faktla bağlı regional ekologiya və təbii sərvətlər idarəsindən nümayəndələr gəlib əraziyə onun iştirakı ilə baxış keçiriblər və həmin vaxt hadisəni törədən Abdullayev Taleh Bəylər oğlunun atası Abdullayev Bəylər Ənvər oğlu da orada olub.Şikayətçi bildirir ki, Bəylər Abdullayev onu təhqir edərək sənin başına oyun açacam və sair sözlərlə onu təhdid edib.Eyni zamanda Bəylər Abdullayevin orada deməsi ki,onsuzda bu işi pul basıb həll edəcəm fikrinə görə şikayətçi işin obyektiv araşdırılmasına inanmadığını bildirir.Şikayətçi qeyd edir ki, Bəylər Abdullayev bir neçə qohumunu onların yaşadığı ünvana göndərib və hədə-qorxu gələrək əgər o,videoları sildirməsəz başınız bəla çəkəcək deyə onları təhdid edir.
Bəylər Abdullayev uzun müddət kənd icra nümayəndəsi vəzifəsində çalışıb və onun əsassız olaraq xeyli mal-dövlət, torpaq sahələri əldə etdiyi bildirilir.Bu məsələ qalsın növbəti dəfəyə.
Bərdə rayon icra hakimiyyətinin açıqlaması adamda gülüş yaradır necə yəni bilinməyən səbəbdən yanğın baş verib? Deməli, şikayətçi haqlıdır və bu işin ört-basdır olunması üçün həm regional ekologiya və təbii sərvətlər idarəsi,həm də icra hakimiyyəti fəaliyyətə keçiblər.Şikayətçi xəbər agentliyi vasitəsilə dövlət qurumlarına müraciət edərək baş verənlərin düzgün araşdırilmasını Xahiş edir.
Qeyd edək ki ,hadisəni törədən şəxs Abdullayev Taleh Bəylər oğlu ikinci Hacallı kənd tam orta məktəbində direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışır.Görəsən təbiətə ziyan vuran şəxsin məktəbə nə xeyri dəyə bilər?
Redaksiyadan: Mövzu diqqətimizdədir araşdırmalarımız davam edir və faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.İzləməyə davam edin.Daha ətraflı yazının altında Şimal Region kanalında YouTube üzərindən baxa bilərsiniz.
İnformasiya şöbəsi