
Təcili xəbərlər!
- İsrail və ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır.
ABŞ və İsrail, İranın nüvə proqramının yarada biləcəyi təhlükəni tamamilə aradan qaldırmaq məqsədilə İrana zərbə endirməyə hazırlaşır. Bu barədə “Daily Mail” siyasi, hərbi və diplomatik dairələrdəki bir neçə yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
İsrail hökumətinin rəsmisi “Daily Mail”-ə bildirib ki, Tehranı nüvə silahı hazırlamaqdan çoxdan dayandırmaq lazım idi və “indi bu məsələyə son qoymağın vaxtı çatıb”. Diplomatik mənbənin sözlərinə görə, “İsrail üçün Donald Trampın Ağ Evə gəlişi İran problemini həll etmək üçün optimal məqamdır”. O əlavə edib ki, “bu fürsət bir daha ələ düşməyə bilər”.
The Moscow Times.
- Çin dövlət mediası olan CGTN xəbər verir:
Çin ABŞ-ın hücumlarına və hərbi əməliyyatlarına qarşı müqavimət göstərməkdə İrana kömək edəcək.
İran və Çin hərbi rəhbərləri artıq Çin tərəfindən İran rejiminə dəstək verilməsi ilə bağlı müzakirələr aparıblar.
Kamran Cəfərov politoloq