
Rayonda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
02 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təşəbbüsü ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ramin Vəliyev iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Kollecin direktoru R.Vəliyev müstəqilliyimizi bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasının Azərbaycan dövlətçiliyinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.
YAP rayon təşkilatının sədri S.Şükürov 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Konstitusiyanın hazırlanması işlərindən, onun geniş müzakirələrdən keçməsi və qəbulu prosesindən bəhs edib.
Tədbirdə Kollecin direktor müavini Səbinə Qurbanova və digərləri Ulu Öndərin həyat və fəaliyyəti barədə çıxışlar ediblər.
Ümummilli Liderin anadan olmasının 102 illiyi ilə əlaqədar tələbələr arasında “Suverenliyimizin banisi” mövzusunda esse müsabiqəsinin keçirilməsinə start verilib.
Sonda mövzu ətrafında videoçarx nümayiş olunub, xatirə şəkilləri çəkilib.
Göyçay rayon icra hakimiyyəti