Bildiyiniz kimi Ağsu regional qaz istismarı idarəsinin İsmayıllı xidmət sahəsində çalışan işçilərin anbardan oğurluq yolu ilə sayğacları vətəndaşlara satması faktı ilə bağlı dünənki sayımızda yazı dərc etmişdik.

Eyni fakt üzrə kanalımıza İsmayıllı rayonu Sumağallı kəndindən şikayət daxil olub.Şikayətçi Sumağallı kənd sakini Süleymanov Asif Buxsay oğlu bildirir ki,həmin kəntdə yaşayır və qeydiyyatdadır.Vətəndaş özünə aid bağ sahəsində ev tikib.2024- cü ilin dekabrında Ağsu regional qaz istismarı idarəsinin İsmayıllı xidmət sahəsində çalışan İlqar adlı şəxsə sayğac üçün müraciət edib.İlqar ondan 450- manat pul alaraq sayğac quraşdırıb.Üstündən5-6 ay keçdikdən sonra 2025-ci il may ayının sonunda İsmayıllı qaz idarəsinin əməkdaşları gələrək sayğacı söküb aparıblar və ona deyiblər ki, bu qanunsuz olaraq qoyulub.Vətəndaş iki dəfə müraciət edib ki,ona məxsus kodu versinlər ki, yandırdığı qazın pulunu versin.Ancaq nə ödəniş olub,sonda sayğac da sökülərək aparılıb.Şikayətçi dövlət qurumlarına müraciət edərək işə obyektiv baxılmasını xahiş edir.

Redaksiyadan:Bəli,bu məsələ ilə bağlı şikayətçilərin ardı-arası kəsilmir.Zərərçəkmişlər məmuniyyətlə kanalımıza müraciət edə bilərlər.Onsuzda məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılır.Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Daha ətraflı yazının sonunda yerləşdirilmiş video linkdən izləyə bilərsiniz.Eyni zamanda YouTube üzərindən Şimal Region kanalı Facebook səhifəsi, İnstaqram səhifəsi və Tic-tok üzərindən Şimal Region səhifəsindən abunə olaraq izləyə bilərsiniz.Lütfən bəyənin, paylaşın.