
İsmayıllı Rayon İcra Hakimiyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə 22 iyul 2025-ci il tarixində Mərkəzdə 22 İyul – Milli Mətbuat Günü münasibətilə Mərkəzin ekspert qrupunun üzvləri, mətbuat nümayəndələri, blogerlər və ictimaiyyət nümayəndələri ilə görüş keçirib.
Tədbirdə Azərbaycan milli mətbuatının yaranma tarixinə, keçdiyi çətin və şərəfli yola nəzər salınıb, mətbuatın azad düşüncənin və ictimai şüurun formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Yekunda tədbirdə iştirak edən media nümayəndələrinə Mərkəzin fəaliyyətinə verdikləri töhfəyə görə təşəkkürnamə və hədiyyələr təqdim olunub.