Göyçayda “Milli mətbuatda Üzeyir Hacıbəyov imzası” adlı tədbir keçirilib.

22 iyul 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi, Göyçay rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun 140 və Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Milli mətbuatda Üzeyir Hacıbəyov imzası” adlı dəyirmi masa təşkil olunub.

Çıxışlarda Milli mətbuatımızın yaranma tarixindən, “Əkinçi” qəzetinin fəaliyyət göstərdiyi qısa müddətdə xalq arasında qazandığı böyük sevgidən və dahi bəstəkar Üzeyir Hacıbəyovun milli mətbuatımıza verdiyi töhvələrdən söhbət açılıb. Bildirilib ki, milli mətbuatımızın təşəkkül tapmasında, inkişafında xüsusi xidmətləri olan böyük şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi sənətkar Üzeyir Hacıbəyovdur. Üzeyir bəy Azərbaycan professional musiqisinin banisi kimi şöhrət qazansa da, onun publisist, dramaturq, pedaqoq, tərcüməçi, mütəfəkkir, alim, ictimai xadim olaraq xidmətləri çox dəyərli və əvəzsizdir.

Sonda milli mətbuatın yaranma tarixindən bəhs edən videoçarx nümayiş olunub.