Qazaxıstan və Türkmənistan Türkiyənin Güney Kıbrıs adlandırdığı, rəsmi adı Kipr Respublikası olan ölkədə səfirlik açıb. Qazaxıstanın Kiprdə ilk səfiri olan Nikolay Jumakanov etimadnaməsini prezident Nikos Xristodulidisə təqdim edərkən deyib ki, Qazaxıstan Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Qeyd edim ki, Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bütün adanı əhatə edir.
Türkmənistanın Kiprdə ilk səfiri Toyli Komekov bu ölkənin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb. Görüşdən sonra X sosial şəbəkəsində paylaşım edən Kombos Türmənistanın Kiprdə səfirlik açmasını “ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi” kimi qiymətləndirib.
Dövlətin dini, etnik mənsubiyyəti olmur, maraqları olur. Qazaxıstan və Türkmənsitanı Kiprlə yaxınlaşdıran da dövlət maraqlarıdır.
Çox yaxın gələcəkdə Azərbaycanın Yunanıstan və Kiprlə münasibətlərində yeni mərhələ başlayacağı ilə bağlı da məlumatlar var.