
Qəbələ Mediasiya Təşkilatında müzakirə keçirilib.
03 may 2025- çi il tarixində Qəbələ Mediasiya Təşkilatında vəkil, mediator və digər hüquqşünasların iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə “Vətəndaş məmnunluğunun, həmçinin barışıq sažişlərinin əldə olunmasında vəkillərin rolu” və ” Sənədlərlə iş ” məsələləri müzakirə olunmuşdur.
Tədbirdə Qəbələ Mediasiya Təşkilatının rəhbəri Ədalət Əliyev, Təşkilatın Ağdaş rayonu üzrə direktor müavini , mediator Fəqan Məmmədov, vəkillərdən Ərziman Bədəlov, Mehman Paşayev, Ağdaş Vəkil Bürosunun rəhbəri Etibar Abdullayev, hüquqşünas Fəzli Məhyəddinov, psixoloq Aytac Səmədzadə və başqaları çıxış edərək işin daha da yaxşılaşdırılması, kommunikasiyaların genişləndirilməsi üçün fikir və tövsiyələrini bildirmişlər.
Maraqlı keçən tədbirin ikinci hissəsi dağlar əhatəsində davam etdirilmişdir.