“Mənə çoxlu pul təklif etmişdi… – məhv oldum!”
Narkotiklə bağlı daha bir həyat faciəsi…

Abşeron RPİ Saray Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan 29 yaşlı qadının üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Qadının sözlərinə görə, sosial şəbəkədə tanış olduğu iranlı ona narkotik vasitəni ünvanlara çatdırmaq qarşılığında yüksək məbləğdə pul vəd edib.

Qanunsuz pul arzusu — azadlıqdan məhrumiyyətlə nəticələndi.

Unutma: Narkotik vasitələrin dövriyyəsində iştirak — həyatını və gələcəyini məhv edə bilər!

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

narkotikləmübarizə #NarkotikəYox, #TəmizHəyatSeç, #GələcəyiniQoru #Narkotikləmübarizəyəqoşul

narkotikəyoxde #Bildirin #102ZəngEt #BirlikdəGüclüyük #MəlumatVerin #PolisƏməliyyatı #GündəlikHesabat