
Bir qrup ağsaqqalla görüş
Hər bir ölkənin, ərazinin yerüstü sərvəti ilk növbədə onun dəyərli vətəndaşları, o cümlədən ağsaqqallarıdır. Bu mənada İsmayıllımızın da hörmətli, sayılıb, seçilən sakinləri çoxdur. Ağsaqqallarımız həmişə örnək həyatları, faydalı məsləhətləri ilə hər işdə öndədirlər və rayonun ictmai işlərində də fəal iştirak edirlər. Onlar dövləti, dövlətçiliyi doğma torpağı qəlbən sevən vətənpərvərlərdirlər…
Aprel ayının 4-də İsmayıllı bələdiyyəsi şəhər ağsaqqallarının bir qrupu ilə görüş keçirib.
Görüşdə İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov ağsaqqalları salamlayaraq, onların təklif və tövsiyələri əsasında fəaliyyətin əhəmiyyətli olacağını diqqətə çatdırıb və görüləcək işlərdən, qarşıda duran əsas vəzifələrdən bəhs edib.
Ağsaqqallar növbəli şəkildə təşkil olunmuş görüşə görə təşəkkür edərək, məsləhətləşmələr əsasında mövcud çatışmamazlıqların aradan qaldırılmasında birgə fəaliyyətin önəmindən danışıblar.
Səmimi söhbət zəminində keçən görüşdə ağsaqqallar tərəfindən irəli sürülən təklif və tövsiyələr qeydiyyata alınıb.
Ağsaqqallar görülməsi daha vacib olan işlərdən söz açıb, yeni bələdiyyə tərkibinə seçicilərin etimadını doğrultmaqda uğurlar arzulayıblar.
Sonda xatirə şəkli çəkilib.
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin əməkdaşı