
Hörmətli Şimalregion.az xəbər agentliyi və Şimal Region internet televiziyası.
Nəzərinizə çatdırıram ki,Daşkənd meşəbəyliklərinin meşəbəyisi olan Haldun Qulamov meşəbəyi olduğu dolayların ağaclarını qırdırıb satdırmaqdan, həmin dolayın meşələri artıq keçəlləşib.
Haldun Qulamov bildirir ki,onun arxasında “Meşələrin inkişafı xidmətinin”rəis müavini Cabbar Qəribov dayanır.Meşəbəyi bunu arxayıncasına çəkinmədən deyir və bu üzdən heç kimdən qorxmadığını bildirir.
5- saylı dolayda kütləvi soyqırım həyata keçirilib deyə mənbəmiz bildirir.
Eyni zamanda mənbə bildirir ki, növbəti dəfə meşəbəyi Haldun Qulamovun,meşələrdən işlik material (Kruqlyak) adı ilə Masallı və Cəlilabaddakı sexlərə necə satdığı barədə geniş məlumat verəcək.
Redaksiyadan: Mövzu diqqətimizdədir, araşdırmalarımız davam etdirilir.Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.İzləməyə davam edin, Ardı var.
Yardımlı-Bakı-Bakı Yardımlı