Tramın sülh planı və Azərbaycanda demokratiyanın gələcək taleyi.

Cənubi Qafqazdə dəyişən geosiyasi tarazlıq nə vəd edir?

Tramp administrasiyasının Cənubi Qafqazda sülh yaradılması ilə bağlı təqdim etdiyi plan barədə Ermənistan XİN sözçüsü Ani Badalyanın “Cənubi Qafqazda nəqliyyat infrastrukturunun blokadadan çıxarılması bizim ölkə üçün mühüm prioritet olub və belə də qalır” deməsi, “Karnegi” fondunun bu plan barədə məlumatının gerçək olduğunu təsdiq edir.

Fondun analitiki Olesya Vartanyan yaydığı bu məlumata əsasən, bu təkliflər Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizində hərəkətə ABŞ şirkətinin cavabdeh olması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması, Britaniya, Amerika və Fransız sərmayəsinin imtiyazlı şəkildə regiona gəlməsi və s. məsələləri nəzərdə tutur. Əgər, bu plan gerçəkləşərsə, o zaman Cənubi Qafqazda geosiyasi balansı Qərbin xeyrinə dəyişmiş olacaq. Bu məsələdə real nəticələrin əldə olunması həm də Trampın “Nobel” sülh mükafatını alması yolunu da aça bilər.

Ötən ayın 20-də Pasinyanın, daha sonra isə Əliyevin Ankaraya səfəi və orada sülh və kommunikasiyaların açılması ilə bağlı müzakirələrin aparılması da onu göstərir ki, Türkiyə də regionda Rusiyanı əvəz edə biləcək dövlət kimi sahədəki prosesləri koordinasiyası etməkdə və bu planın içində yer almaqdadır.

Ola bilər ki, son vaxtlar Rusiya hakimiyyətində Cənubi Qafqazın əldən çıxması ilə bağlı yaranan təlaş, həm də bununla bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistanla münasibətlərin gərginləşməsi fonunda, Rusiya Türkiyədən qaza görə yığılıb qalmış borclarını ödəməyi tələb etməyə başlayıb.

Əgər, sözü gedən bu plan gerçəkləşərsə, o zaman Cənubi Qafqazda geosiyasi tarazlıq Qərbin xeyrinə dəyişmiş olacaq və Rusiya burada öz təsir imkanlarını itirəcək. Regionun, o cümlədən də ölkəmizin Demokratikləşmə perspektivləri baxımdan baxdıqda isə, Cənubi Qafqazda dayanıqlı sülhün olması, Qərb sərmayəsinin imtiyazlı şəkildə iqtisadiyyatda rolunun artması AB -nin Xəzərə qədər genişlənmə planlarının önündəki əngəlləri də aradan qaldırmış olacaq.

Biz Azərbaycandakı avtoritar rejimim repressiyalarrına münasibətdə Qərbin niyə sanksiyalar tətbiq etmədiyi ilə bağlı sosial şəbəkələrdə tez-tez suallar verildiyini görməkdəyik. Belə görünür ki, Qərb Belorus nümunəsindən fərqli olaraq, Azərbaycana münasibətdə fərqli taktikaya üstünlük verməkdədir. Bir məsələdə bir suala aydın cavab vermək lazımdır. Cənubi Qafqazda sülh əldə olunduqdan, ölkə iqtisadiyyatında Qərbin çəkisi artdıqdan, qarşılıqlı bağlar daha möhkəmləndikdən sonra, Avropa birliyinin Azərbaycanı özünə inteqrasiya etmək tələbləri daha təsirli ola bilər, yoxsa, sanksiyalar tətbiq edərək Bakını Rusiyaya tərəf itəməklə daha çox nəticəyə nail olmaq mümkündür? Aydındır ki, bütün hallarda Azərbaycanın geosiyasi baxımdan Qərb təsir sahəsinə daxil olması, siyasətdə daha yumşaq və dinc üsulları təşviq edə bilər. Görünür Qərb Azərbaycanı ikinci Belorusa çevirməmək üçün fərqli yol seçib, əgər, bu yöndə cəhdlər fayda vetməzssə, o zaman sanksiyalardan başqa yol qalmayacaq.

Bu baxımdan Avropa Siyasi Birliyinin 2028-ci ildə keçiriləcək sammitinin Bakıya salınması təsadüfi deyil və bu Azərbaycanın Avropanın siyasi xəritəsində yeri olduğunu və Azərbaycan hakimiyyətinin də bunu etiraf etməli olduğunu göstərir Yuxarıda bəhs etdiyimiz proseslərin sonunda ölkə iqtisadiyyatının daha dərin tellərlə Qərbə bağlanması və Rusiyanın Cənubi Qafqazdan qovulması şəraitində, Azərbaycan iqtidarının Rusiyaya arxalanaraq AB-yə inteqrasiya kursundan imtina etmək və bu qlobal prosesə müqavimət göstərmək imkanları da əhəmiyyətli dərəcədə zəifləmiş olacaq. Avropa Birliyinin genişlənməsi isə dəyərlər zəminində olan bir proses kimi, bu təşkilata cəlb olunan ölkələrin demokratikləşməsini nəzərdə tutur.

Fuad Qəhrəmanlı.