
Son günlər Tovuz dövlət sosial iqtisad kolleci haqqında baş verən anormallıqları KİV-də dərc etdiyimiz üçün sosial şəbəkələrdə şikayətçi ilə bərabər bizlər də hədəfə götürülmüşük.Əslində sosial şəbəkələrdə fikir bildirənlər öz aldıqları ailə tərbiyələrini nümayiş elətdirir və bu baş verənlərdən sonra daha da qabarıq şəkildə Tovuz dövlət sosial iqtisad kolleci haqqında fikir yəqinləşdirə bildik.
Heç bir tərəfin nümayəndəsi olmasaq da məlum oldu ki,şikayətçi Akif İbrahimov haqlıdır və adı çəkilən müəssisə ölkə qanunları ilə deyil “Direktor”Hicran Əyyubovanın şəxsi istəkləri ilə idarə olunur və Hicran Əyyubovanın kollecdə xeyli sayda trolları var.Əsasən bu trollar adsız və başqa-başqa adlarla yazırlar,arqument tapmayanda təhqirlərə əl atırlar.
Əlahəzrət fakt bunu deyir ki,həmin dırnaqarası tədris müəssəsində neqativlər həddindən artıq çoxdur və buna görə trol ordusuna Hicran Əyyubova hücum əmri verib.Ancaq əbəs yerə.Çünki həmin kollecdə Hicran Əyyubovadan narazı olan xeyli sayda müəllim və tələbələr,valideynlər var.Həmin narazılar əllərində olan fakt-sübutları redaksiyamıza göndərirlər.Burdan müraciət edərək xahiş edirəm ki,maksimal dərəcədə çalışın qısa səs yazıları və s göndərəsiniz.Bildiririk ki,bu günki sayımızda Hicran Əyyubova ilə sabiq ingilis dili müəllimi Günay Allahverdiyevanın səs yazısının 2-ci hissəsini təqdim edirik.Tam versiyası YouTube üzərindən Şimal Region kanalına abunə olaraq baxa bilərsiniz.Yazını bəyənin paylaşın.
Redaksiya olaraq mövzuda adı çəkilən şəxslərin,tərəflərin mövqeyini dərc etməyə hazırıq.