
🚣Avarçəkənlərimiz Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilmiş paradda iştirak edib.🎉
📅 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə “İdman Paytaxtı” 📍Qəbələ şəhərində parad keçirilib. 🇦🇿 İdman paradından əvvəl Gənclər və İdman Nazirliyinin, eləcə də rayon ictimaiyyətinin nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Qəbələ Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin hazırladığı sənədli film nümayiş olunub.📽️
Daha sonra idman paradına start verilib. 🚀 İdman federasiyaları, idman qurğuları, gənc və veteran idmançılar, “İdman səfirləri” 🏅, regional gənclər və idman idarələri, idman könüllüləri 🙌, idman məktəbləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər. 🎊Parada Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məşqçi və idmançılardan ibarət geniş heyətlə qatılıbbədəntərbiyəsivəi̇dmangünü #idmanparadı #azesport #avarçəkmə #AKAF Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi @подписчики