Yardımlida cinayət ört-basdır edildi,meşəbəyi isə özünü sığortalamaq üçün hərəkətə keçdi. 

Yardimlıdan meşə işçilərinin birinin redaksiyamıza verdiyi məlumata görə,2019-cu ildə Mustafa Əhmədov  Masallı (11 saylı)  Regional Meşə Təsərrüfatı Mərkəzində direktor olduğu zaman,Yaradımlı ərazisində indiki  Daşkənd meşəbəyliyinin sərhəd ərazisində olan dolayında ağacları kütləvi qırdıraraq işlik materialını Masallıdakı sexlərə daşıyıb satdırırdı. 
Bu işdən bərk narahat olan sözügedən meşəbəyliyin sabiq  meşəbəyi köməkçisi Haldun Qulamov özünü sığortalamaq məqsədi ilə  rəsmi poçt vasitəsi ilə xəbərnamə ilə 2019-cu ilin avqust ayı 11 saylı  Regional Meşə Təsərrüfatı Mərkəzinə məktub yazaraq Yardımlının sərhəd ərazisində olan meşələrdə kütləvi soyqırımın olduğunu bildirmişdi.Bu yazılı məktubdan bərk narahat olan Mustafa Əhmədov keçirdikləri iclasların birində Haldun Qulamovu bərk danlayaraq,hədə-qorxu gələrək ona belə demişdir: “Sən özünü nə hesab edirsən? Poçt vasitəsi ilə  məktub yazmaqla özünü siğortalayırsan? Sənin təqdimatını Meşələrin Inkişafı  Departamentinə(Xidmətinə)  göndərməyimi istəyirsən?!.
Bu hadisədən bir il sonra (2020-ci ildə)  bu işin üstü 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  işçiləri tərəfindən açıldı. Sonra həmin “soyqırım” faktı Meşələrin  Inkişafı Xidməti tərəfindən  ört-basdır edildi.
Əgər hazırda Baş Prokurorluq bu işi nəzarətə götürüb 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində olan məktubların qeydiyyat kitabın araşdırsa,hər şey açıq-aşkar üzə çıxacaq.

Onu da qeyd edirik ki,hazırda Mustafa Əhmədov  Meşələrin Inkişafı Xidmətinin mühafizə Şöbəsində yüksək bir vəzifədə  çalışır.

Redaksiyadan:Bəli,burada qeyd olunur ki,Haldun Qulamov həmin vaxtı poçt vasitəsilə əlaqədar qurumlara müraciət edib meşələrin kütləvi şəkildə qırılmasını bildirmişdir və bu addımı həm də özünü gələcəkdə gözlənilən təhlükələrdən qorumaq üçün atmışdır.Belə götürəndə Haldun Qulamovun addımı təqdirəlayiq və ağıllı addımdır.Adam Mustafa Əhmədova görə niyə problem yaşamalıdır?Həm də Haldun bəy bu məktubu ilə təsdiq etmişdir ki,meşələr talan olunur.Şikayətçi haqlı olaraq bildirir ki,həmin dövrdə yazılan məktublar sözügedən idarənin əmrlər kitabında qeyd olunub.Bəli,prokurorluq orqanları üçün gözəl fürsətdir buyurun baxın görün nə məsələdir? Bundan gözəl fakt,etiraf olunur.

Nəzərinizə çatdırırıq ki,bu şikayəti elektron poçtumuza göndəriblər və burada adları çəkilən şəxslərin heç birini tanımırıq.Ancaq bütün bunlara baxmayaraq bütün adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzu diqqətimizdədir araşdırmalarımız davam edir.İzləməyə davam edin,cənub bölgəsində daha nələrin baş verdiyini bizim vasitəmizlə öyrənə biləcəksiniz.Qeyd edirik ki,bu mövzuda vaxtında bir neçə medya qurumları yazı dərc edib.Ancaq sonradan hansısa səbəblərə görə bu yazını medya qurumlarından yığışdırıblar.

İnformasiya şöbəsi